“Neftçi” darmadağınla 3-cü oldu - YENİLƏNİB
03.02.2012 - 15:04
Bu gün “Neftçi” Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Antalyada təşkil edilən yarışda mübarizə apardığı qrupda ikinci yeri tutmuş “Neftçi”, digər qrupun ikincisi, Rusiyanın “Terek” komandası ilə 3-cü yer uğrunda qüvvəsini sınayıb.
Bakı vaxtı ilə saat 13-00-da başlayan oyun “ağ-qaralar”ın darmadağını ilə yekunlaşıb. “Terek”in qapısından 3 cavabsız qol keçirən “Neftçi” turniri 3-cü yerdə başa vurub.
“Neftçi” – “Terek” - 3:0
Qol: Slavço Georgiyevski, 18; Cavid İmamverdiyev, 48; Cavid Hüseynov, 66
Qeyd edək ki, “Neftçi” qrup mərhələsində ilk matçında Ukraynanın “Metallist” klubuna 1:3 hesabı ilə uduzsa da, sonra eyni hesabla Polşanın “Poloniya” komandasına qalib gəlib. Təmsilçimiz üçüncü görüşündə isə Özbəkistanın “Paxtakor” komandasını 3:0 hesabı ilə məğlub edib.

0
0