“Qarabağ”dan ardıcıl 2-ci qələbə - YENİLƏNİB
03.02.2012 - 18:53
“Qarabağ”dan ardıcıl 2-ci qələbə - YENİLƏNİB
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin bu dəfəki rəqibi Gürcüstanın “VİT-Corciya” klubu olub.

Qurban Qurbanovun yetirmələrinin sayca 6-cı sınaqları uğurlu alınıb. Belə ki, bundan öncə Rumıniyanın “Petrolul Ploeşti” klubuna qalib gələn “Qarabağ” “VİT-Corciya” qarşısında da büdrəməyib. Təmsilçimiz rəqibini 3:1 hesabı ilə məğlub edib.

Komandamız isə bununla da Türkiyədəki hazırlığını başa vurub və sabah Bakıya qayıdacaq.

“Qarabağ” - “VİT-Corciya” - 3:1
Qollar: Vaqif Cavadov 18; Georgi Adamiya, 22; Rauf Əliyev, 24

Qeyd edək ki, “Qarabağ” bundan öncə keçirdiyi yoxlama görüşlərində “Taraz”a (Qazaxıatan) 0:1, “Rid”ə (Avstriya) 1:3, “Obolon”a (Ukrayna) 0:3 hesabı ilə uduzub, “Vasluy”la (Rumıniya) isə 1:1 hesablı heç-heçə edib. Ağdam təmsilçisi Rumıniya “Petrolul Ploeşti”sinə isə 2:0 hesabı ilə qalib gəlib.