Serbiya yığması ilə üçüncü duel: İlk qələbə üçün
03.02.2012 - 11:53
Serbiya yığması ilə üçüncü duel: İlk qələbə üçün
Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsində Serbiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası tarixində 3-cü dəfə bu rəqiblə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, komandaların ilk görüşü 8 il əvvələ təsadüf edib. Həmin vaxt – 2004-cü il yanvarın 28-dəki qarşılaşmada Serbiya millisi minimal fərqli qələbə qazanmışdı – 2:1. 2007-ci il fevralın 23-dəki qarşılaşma isə məhsuldarlığı ilə yadda qalıb. Tərəflərin hərəyə 5 qol vurduğu görüşdə qalib müəyyənləşməyib – 5:5. Bu gün keçiriləcək 3-cü duelə kimi rəqibini məğlub edə bilməyən yığmamız tarixində ilk dəfə Serbiyanı üstələməyə çalışacaq.