“Xəzər Lənkəran” rumıniyalı futbolçusunu itirdi
03.02.2012 - 12:32
“Xəzər Lənkəran” rumıniyalı futbolçusunu itirdi
“Xəzər Lənkəran”ın rumıniyalı legioneri Adrian Pit 2 həftə komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, Rumıniyanın “Vointa-Sibiu” klubu ilə 2 gün əvvəl keçirilən yoldaşlıq oyununda zədələnən futbolçunun durumuna aydınlıq gəlib. Pitin müayinəsi göstərib ki, onun sağ dizinin xəfif ödəmi xəsarət alıb. Bu isə onun təxminən 2 həftə yaşıl meydanlardan kənar qalacağını proqnozlaşdırmağa əsas verir. Belə olacağı halda o, Premyer Liqanın bu il keçiriləcək ilk matçlarında “Xəzər Lənkəran” forması geyməyəcək.