Rizvan Fərzəliyev: Yenə yarımfinala kimi irəliləmək şansımız var - MÜSAHİBƏ
03.02.2012 - 13:26
Azərbaycan futzal yığmasının ən təcrübəli oyunçusu, rekordçusu Rizvan Fərzəliyevin apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşına müsahibəsi
- Avropa çempionatının final mərhələsində Portuqaliya yığmasına məğlubiyyətlə başladıq. 1:4 hesabı ilə uduzduğumuz həmin oyunu təhlil edib, hansı nəticə çıxartmısınız?
- Düzdür, ilk oyunda məğlub olduq, ancaq oyun baxımından yaxşı təsir bağışladıq. Bəzi səhvlərimiz oldu ki, onun üzərində işləmişik. İnşallah, Serbiya ilə oyunda bu səhvlərin az olmağına və rəqib üzərində qələbə qazanmağa çalışacağıq.
- Bu səhvlər əsasən nə idi?
- Deyərdim ki, bu səhvlər bir az yorğunluqdan yarandı. Yəni elə oyunçular var idi ki, meydanda bir az çox qaldılar. Rəqib də yorğunluğumuzdan istifadə edərək, bizi əks-hücumda yaxaladı. Deyərdim ki, 3-cü, 4-cü buraxılmamalı toplar idi. Portuqaliya imkanlarından istifadə edərək, bizə qol vurdu.
- Hesabda 1:2 geridə olduğumuz zamanı yaxşı qol imkanlarımız oldu. Xüsusilə Vitali Borisovun yüz faizli qol imkanını qaçırdığını və bununla oyunun taleyinin həll olunduğunu demək olar. Elə baş məşqçiniz də oyundan sonra mətbuat konfransında məğlubiyyətə əsas səbəb kimi qol imkanlarını qaçırdığımızı göstərdi...
- Ümumi oyun baxımından desək, çoxlu qol imkanlarına malik olduq. İlk hissədə 1:2 hesabı ilə uduzduq. İkinci hissənin ilk 5-6 dəqiqəsində rəqib üzərində üstünlüyümüz açıq-aşkar görünürdü. Həmin vaxt Borsisovla Jadderin qapıçı ilə təkbətəkdə yüz faizli qol imkanlarını qaçırmağı sonda öz sözünü dedi. Portuqaliya bizi əks-hücumda tutdu və qapımıza daha 2 qol vurdu. Ancaq rəqibin oyun baxımından elə də böyük üstünlüyünün olduğunu deməzdim. Deyərdim ki, bərabər səviyyəli oyun idi. Biz qolları vura bilmədik, rəqib bundan istifadə elədi.
- Ehtiyat oyunçular skamyanız qısadır. Yəni 8-9 nəfər oynadığından, siz daha çox yüklənirsiniz. Bu, sizdə çətinlik, yüklənmə yaratmır ki?
- Çətinlik haradasa görünür. Ancaq kimi oynatmaq baş məşqçinin öz işidir. Biz onun işinə qarışa bilmərik. Kimin oyunu daha yaxşı gedirsə, onun meydanda daha çox qalmağına çalışır. Ancaq ümumi heyətimizi götürsək, deyərdim ki, hamısı oynayan futzalçılardır. Yığma elədir ki, ən yaxşıları seçiblər. Sadəcə, kimə oyun ərzində çox üstünlük vermək, kimin ehtiyat skamyada oturmağı baş məşqçinin işidir. Ancaq deyərdim ki, hər hansı oyunçunu meydana buraxsa, özünü doğrultmağa çalışır və kömək də eləyər. Sadəcə, heyəti müəyyənləşdirmək sırf baş məşqçinin işidir.
- Yığmamızın ən təcrübəli oyunçusu, seçmə və final mərhələsində oyun sayında (20) rekordçumuzsunuz. Dəfələrlə Avropa çempionatında iştirak etmisiniz. Bu dəfə Xorvatiyada keçirilən turnirin sizin üçün hansı fərqli məqamı var?
- Əsas fərq ondadır ki, biz final mərhələsində iştirak edirik və bu, bizə hər dəfə qismət olmur. Bizim bura gəlib çıxmağımızın əsas səbəbi odur ki, seçmə qrup mərhələsində nəticə qazanıb, 12 ən güclü komanda arasına düşmüşük.
- Yığmamızın adı hətta turnirin favoritləri sırasında çəkilir...
- Bəli. Biz buna 2010-cu ildə uğurlu çıxışımızla nail olmuşuq. Həmin vaxt milli komandamız Macarıstanda final mərhələsində 4-cü yeri tutaraq, artıq tarix yazdı. Bu, heç də pis nəticə deyil. Biz bir az da irəliyə doğru gedə bilərdik. Bu, Portuqaliya ilə oyun sonrası penaltilər seriyasında uduzmasaydıq, olardı. Onda finala çıxıb, İspaniya yığması ilə oynamış olurduq. Ancaq deyərdim ki, penaltilər lotereya oyunudur.
- 14 finalda Çexiya ilə oyun sonrası penaltilərdə bəxtimiz gətirdi, ancaq Portuqaliya ilə matçda yox...
- Elədir. Artıq Avropanın 4-cü komandası olduğumuza görə rəqiblər bizə favorit gözü ilə baxır. İndi də Portuqaliya yığması ilə oynadıq ki, bu komanda son Avropa çempionatının gümüş medalçısıdır. Çox güclü rəqib olsa da, biz də onlara müqavimət göstərməyə çalışdıq. Oyunun gedişinə görə 4:1 hesabı olmamalı idi. Ancaq tarixdə artıq bu nəticə yazılıb və Serbiya yığması üzərində qələbə qazanıb, qrupun 2-ci komandası kimi növbəti mərhələyə çıxmağa çalışacağıq.
- Sizcə, rəqiblə müqayisədə qrupdan çıxmaq şansımız çoxdumu? İki dəfə görüşdüyümüz bu rəqibə hələ qalib gələ bilməmişik...
- Mən deməzdim ki, Serbiya yığması üzərində açıq-aşkar üstünlüyümüz var. Şansları bərabər dəyərləndirərdim. Çünki rəqibə qiymət veririk. Ancaq oyunun gedişi, sonunda kimin güclü olduğu görünəcək. Nəhayət, bu rəqib üzərində qələbə qazanmağa çalışacağıq.
- İndi milli komandamızın 2 il əvvəl ilə müqayisədə geriləməyi haqda çox danışılır. Siz bu haqda nə düşünürsünüz?
- Geriləməyimiz ondan ibarətdir ki, əvvəl yığmamız oynadığım “Araz” klubun bazasında formalaşmışdı. Yəni millinin oyunçusu həm də bu komandanın oyunçusu idi. Bildiyiniz kimi, Serjao ilə Biro Jade Ukraynaya, Tyaqu Qətərə, Alveş Braziliyaya oynamağa getdi. Yəni indi millidə “Araz”ın 3-4 oyunçusu qalıb. Ancaq qalanları yenə yığmaya dəvət olunublar. Bir az çətinliyimiz ondadır ki, biz belə yarışlara hazırlaşmaq üçün millimiz 3-4 ay birgə təlim-məşq toplanışı keçməlidir. Ancaq bu da heç mümkün olan şey deyil. Çünki hər ölkənin özünün çempionatı var. Biz istəyərdik ki, onlar 3-4 qabaq yığmaya gəlsinlər. Vaxt qıtlığından problem yaranır ki, nəticədə haradasa geriləmişik. Ancaq əvvəl hamı bir yerdə, eyni heyət, eyni kollektiv idi. Bunun nəticəsində bir-birimizi yaxşı başa düşürdük. İndi bu baxımdan bir az geriləmişik.
- Real olaraq milli komandamızdan indiki turnirdə hansı nəticəni gözləyirsiniz?
- İnşallah, bizim əsas məqsədimiz hələ ki qrup mərhələsini keçməkdir. Bundan sonra ya İtaliya, ya da Rusiya millisi ilə düşə bilərik. Bunu gələcək göstərəcək. Ən azı Serbiya yığması qalib gəlməyimiz lazımdır ki, qrupdan çıxaq. İlk məqsədimiz budur.
- Ancaq yenə Avropanın 4-cü olmağımız çətin olacaq. Sizcə, 2 il öncəki uğurumuzu təkrarlaya bilərikmi? Buna nail olmasaq, hansı nəticəni çıxartmaq olar?
- Yenə öz üzərimizdə işləməliyik ki, növbəti Avropa çempionatında uğur qazanaq. Ancaq indi də şanslarımız var ki, yenə yarımfinala kimi irəliləyək. Heç kim turnirin aşkar favoriti sayılmır. Hamı şansı bərabərdir. Avropa çempionatı İspaniya yığmasının Sloveniya ilə açılış oyununda necə çətinlik çəkdiyini gördünüz. 1:1 hesabı ilə nəticələn ilk hissədə sloveniyalılar daha üstün idi. Ancaq indi gördüyümüz kimi, Ukrayna millisi Sloveniya üzərində rahat qələbə qazandı. Həmin Portuqaliya yığması bizmlə oyunda favorit oyununu göstərmədi.
Mehman SÜLEYMANOV
ZAQREB

0
0