Milli komandamızın braziliyalı futzalçısı üçün yubiley
03.02.2012 - 13:00
Milli komandamızın braziliyalı futzalçısı üçün yubiley
Futzal üzrə Avro-2012-nin final mərhələsinin II turu Azərbaycan milli komandasının üzvü Felipe üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, milliləşən braziliyalı futzalçımız qitə çempionatlarında yubiley matçına çıxacaq. Bu gün Serbiya yığması ilə keçiriləcək qarşılaşmaya qədər Felipe 9 oyunda forma geyib. Söhbət Avropa çempionatlarının seçmə və final mərhələlərindən gedir. Bu matlarda 4 qol sevinci yaşayan cənubi amerikalı bu gün 10-cu matçına çıxacaq.