“Serjaoya olan diqqət mənə yoxdur”
03.02.2012 - 18:00
Azərbaycan futzal yığmasının oyunçusu Rəcəb Fərəczadənin apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşına müsahibəsi
- Sizcə, millimizin Portuqaliya yığması ilə qrupdakı ilk oyununda nəticə qazanmağına nə çatmadı?
- Ümumilikdə pis oynamadıq. Düzdür, hesab 4:1 rəqibin xeyrinə oldu. Matçın axırında bir az oyunu əldən verdik. Bilmirəm, bu nə qədər düzgündür, ya yox, ancaq bu, mənim şəxsi fikrimdir ki, oyunçularımız meydanda çox qaldılar. Gərək tez-tez - heç olmasa 2-3 dəqiqədən bir əvəzetmə olardı. Çünki onlar çox mobil komandadır, çox qaçırdılar. Axırda hiss olundu ki, fiziki hazırlıq bizi çətin vəziyyətdə qoyur. Məncə, ilk 2 qolu erkən, heç nədən buraxdıq. Birində top istiqamətini dəyişərək, digərində komanda yoldaşım Felipeyə dəyərək, qapımızdan keçdi. Yəni bu topları buraxmaya da bilərdik.
- Braziliyalı baş məşqçiniz Joze Alesio Da Silva matçdan sonra mətbuat konfransında dedi ki, mənim oynatmalı oyunçum az, 8 nəfər olduğundan, meydandakılarda yüklənmə olur...
- Birincisi, biz bura 8 nəfər yox, 13 oyunçu ilə gəlmişik. Mənə elə gəlir ki, final mərhələsinə gələn hər bir oyunçu yığmada oynamağa layiqdir. Əgər gəlib, yəqin ki, onu məsləhət bilib, götürüblər. Əgər baş məşqçimiz 8 nəfərə inanırsa, bu, onun öz işidir. Mən nə deyə bilərəm? Yəqin ki, onu 8 oyunçunun oyunu qane etdiyindən, onlardan istifadə edir.
- Siz digərləri ilə müqayisədə meydanda az oldunuz, qalan 4 oyunçu ümumiyyətlə, oynamadı. Portuqaliya yığmasına qarşı oynamağa hazır idiniz?
- Əlbəttə, final mərhələsinə gəlmişiksə, oynamağa hazırıq. Namiq Məmmədkərimovun özü artıq 10 ildir yığmada çıxış edir. Rüfət Balakişiyev, İlkin Hacıyev “Neftçi”nin heyətində bizə - “Araz”a qarşı çox gözəl oynadılar. Məncə, onların ikisi bizə qalib gəldi.
- Necə hesab edirsiniz, məğlubiyyət baş məşqçinin, yoxsa sizin səhvləriniz çox oldu?
- Əlbəttə, oyunu uduzmuşuqsa, bu, ilk növbədə baş məşqçinin və oyunçuların səhvidir. Hamısı nə onun, nə bizim üstünə atmaq da düzgün olardı. Bu, kollektiv oyundur və hər ikimizin səhvləri vardı. Ola bilər ki, hansısa vəziyyətlərdə o, tapşırığını verib, biz onu yerinə yetirmirdik. Haradasa səhv buraxırdıq, əgər bunu etməsəydik, biz onlara qalib gələrdik. Səhvsiz oyun olmur. Gərək indi bu səhvlərin hamısını arxada qoyaq. Burda qrupda 1-ci və 2-ci yeri tutmağın elə bir fərqi yoxdur. Çünki biz növbəti mərhələyə çıxsaq, Rusiya və ya İtaliya yığması ilə görüşəcəyik. Bunlar da eyni səviyyəli komandalardır.
- Qalib gəlməli olduğumuz Serbiya yığması ilə uzun müddətdir oynamırıq. Rəqib haqda nə deyə bilərsiniz?
- Serbiya ilə çox oynamışıq, onlar “dişimizə” görədir, ona qalib gəlmək olar. Məncə, biz həmin oyunda favoritik. Düzdür, serblər zəif deyillər. Avropa çempionatının final mərhələsində oynamaqları güclü olmaları deməkdir. Ancaq biz favorit olduğumuzdan istifadə edib, qələbə qazanmağa çalışacağıq.
- Nəticənin mütləq olmalıdır deyə, komandada psixoloji gərginlik varmı?
- Var. Bu, olmalıdır. Çünki biz oyunda qalib gəlməliyik. Bizə heç-heçə də sərf etmir. Bu barədə məsuliyyət bir az çoxdur. Əgər biz Portuqaliyaya 1:2 hesabı ilə uduzsaq, yaxud heç-heçə etsəydik, Serbiya ilə oyuna bir az rahat çıxardıq. Məncə, bir tərəfdən bu yaxşıdır ki, həlledici oyunda daha məsuliyyətli olarıq. Biz Serbiya üzərində mütləq qələbə qazanmalıyıq.
- Turnirdə ilk və hələ ki yeganə qolumuzu siz vurmusunuz. Çətin vəziyyətdən yaxşı istifadə edib, cəld tərpəndiniz. Portuqaliyaya qol epizodunu necə xatırlayırsınız?
- Qolu kimin vurmağın fərqi yoxdur. Mən vurmasaydım, başqası vuracaqdı. Əsas o idi ki, yaxşı qol imkanım oldu və bundan istifadə etdim.
- Meydanda az olsanız da, qol vurmağınız sizə üstünlük verir...
- Qolum hesabda 1:2 geridə olduğum zamanı oldu. Bu, oyunun axarını dəyişməyimiz baxımından həlledici ola bilərdi. Çünki 0:2 uduzurduq, qolların davamı gəlib, daha böyük hesab ola bilərdi. Hesab arasındakı fərqi azaltdığımızdan sonra Portuqaliya bir az müdafiəyə “oturdu”. Biz o gün oyunun statistikasına baxdıq, 40 zərbəni biz, 34-ü rəqib endirib. Ancaq rəqibin qol imkanlarını reallaşdırmağı güclü olduğundan, bizə qalib gəldi.
- Ötən il “Araz”ın heyətində UEFA kubokunda “Barselona” ilə oyunda yeganə qolu da siz vurdunuz. Bununla da dünyada tanınan komandaya ilk qolu vuran ilk azərbaycanlı oyunçu kimi futbol tariximizə düşdünüz. İndi də fərqləndiniz. Yəni az oynasanız da, məhsuldarlığınız yaxşıdır. Bundan hansı nəticəni çıxardırsınız?
- Mən qol vurmasaydım da, komandamda oynayanların hamısının yaxşı çıxış etdiyini sayıram. Bilmirəm, baş məşqçi niyə 8 nəfəri qeyd edib. Tutaq ki, 8 nəfər varsa, futzalı bu sayda da oynamaq olar. Bu, az adam deyil, tam iki dördlük olur. Hərəsi 3 dəqiqə oynasa, matçı keçirmək olar. Futzalda bir gün mənim oyunum alına bilər, digərində o birinin. Bu, komanda oyunudur. Qol imkanım oldu, istifadə etdim. Düzdür, qol vəziyyətlərindən yararlanmaq bir az “axsayıram”. Hamısını reallaşdıra bilmirəm. Nədənsə “Barselona” ilə oyunda əlimə düçən 1 qol imkanından istifadə etdim.
- Serjao ilk oyunda zəif təsir bağışladı, Andrey Tveryankinin səhvləri oldu. Baş məşqçiniz oyundan sonra bunları, qapıçınızın yaşlı olduğundan, ona çətin olduğunu qeyd etdi...
- Birincisi, Serjaoya olan diqqət mənə yoxdur. Çünki meydanda olanda, onu iki nəfər tutur. Bu üzdən Serjaoya çətindir. Andreyin yaşlı olduğunu deyirsə, Marat Salyanski var, o, dursun. Elnur Zamanov vardı, Bakıda qaldı. Əgər baş məşqçi bu qapıçıya etimad göstərirsə, onun bu sözü deməyi düzgün deyil. Əgər yaşlıdırsa, niyə gətirmisən, qapıya qoymusan? Başqasını qapıya qoy. Belə danışmaq heç məqsədəuyğun deyil. Biz uduzmuşuq və hamımızın səhvləri oldu. Nə oldu, Andrey 2 il əvvəl Avropa çempionatının final mərhələsində oyun sonrası penaltiləri qaytarıb, bizi yarımfinala çıxaranda, məgər onda yaşlı deyildi?
- Çox oyunçular narazılıqlarını deməməyi daha məqsədəuyğun sayır. Ancaq siz baş məşqçinizə iradlarınızı, onun səhvlərini çəkinmədən deyirsiniz. Halbuki braziliyalı həm yığmada, həm də “Araz”da baş məşqçinizdir....
- Mən narazılığımı bildirməliyəm. Çünki o, öz narazılığını bildirəndə, mən də bunu etməliyəm. Fikrimcə, komandamız, Andrey də pis oynamadı. Qapıçımızın çıxardığı topları heç yada salan olmadı. Serjao 2 il əvvəl final mərhələsində uğurlu çıxışımızda böyük rolu oldu. Düzdür, o, hələ öz oyununu tapmayıb. Bu da ondan irəli gəlir ki, Serjao keçən çempionatında çox gözəl oyun nümayiş etdirib və ona baxdıqlarından, meydandan məndən, o birisindən çox diqqət edirlər. Bilirəm ki, təhlükəli, qol vuran oyunçudur. Topi alan kimi hamı arxadan onu sıxır. Bundan əlavə, meydança ilə top da bir az sürüşkən olduğundan, braziliyalı da istədiyini edə bilmir.
- Siz oyunda Serjaonu topla yaxşı təchiz edirsinizmi?
- Yox. Ona da az top çatırdı. Mən deyim ki, onun da çox qol epizodu yox idi. Amma inanıram ki, Serjao çox peşəkar oyunçu olduğundan, Serbiya ilə matçda öz sözünü deyəcək. Hamıya sübut edəcək ki, o, doğrudan da Serjaodur.
Mehman SÜLEYMANOV
ZAQREB

0
0