Stanislav Çerçesovdan “Neftçi”yə təsəlli
03.02.2012 - 16:09
Stanislav Çerçesovdan “Neftçi”yə təsəlli
“Neftçi” həmişə yaxşı komanda olub”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Terek” klubunun baş məşqçisi Stanislav Çerçesov deyib.

Antalyada keçirilən Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 3-cü yer uğrunda “Neftçi”yə 0:3 hesabı ilə uduzan Qroznı təmsilçisinin çalışdırıcısı oyun barədə fikirlərini açıqlayıb. Çerçesov Bakı komandasının rəsmi saytına verdiyi açıqlamasında bildirib ki, “ağ-qaralar” MDB-nin ən güclü klublarındandır: “Onlar bu gün də sübut etdilər ki, nəinki Azərbaycanın, həm də MDB-nin ən güclü klublarından biridir. Rəqibin son 3 oyunda qələbə qazanması da dediklərimi sübut edir. “Neftçi”nin güclü yarımmüdafiə və hücum xətti var. Rəqibimiz finala layiq idi, amma 3-cü yer də pis nəticə deyil”.