“Neftçi” üçün III yer də pis nəticə deyil”
03.02.2012 - 16:15
“Neftçi” üçün III yer də pis nəticə deyil”
"Rəqib qapısına 3 qol vurub inamlı qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Rəşad Abdullayev deyib.

O, Çeçenistanın ilk prezidenti Əhməd Kadirovun xatirəsinə həsr olunan beynəlxalq turnirin III yer uğrunda Rusiya “Terek”i ilə görüşü (3:0) haqda fikirlərini açıqlayıb: “Hücumlarımız sürətli və məhsuldar alındı. Nəticədə yarışı 3-cü yerdə bitirdik. Turnirin finalında da oynaya bilərdik. Təəssüf ki, ilk matçda "Metallist"ə uduzaraq bu şansı əldən verdik. Hər halda bu da pis nəticə deyil"