Yuri Qazzayev “Xəzər Lənkəran”ı tərifləyib, Süleymanovu xatırladı
03.02.2012 - 16:30
“Maraqlı qarşılaşma oldu. Hər iki komanda əzmkar oyun göstərdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Rusiyanın “Şinnik” klubunun baş məşqçisi Yuri Qazzayev deyib.
Antalya hazırlığı çərçivəsində “Xəzər Lənkəran” sonuncu yoxlama matçında “Şinnik”lə qarşılaşdı. Yaroslavl təmsilçisinin çalışdırıcı 3:1 hesablı qələbədən sonra əməkdaşımızla qısa söhbətində “ağ-yaşıllar”ın layiqli rəqib olduğunu söyləyib: “Komandanız xoşuma gəldi. Texnikalı oyuna üstünlük verir. Hakimin təyin etdiyi 4 penaltiyə gəlincə, onun qərarına qarışmaq istəmirəm. Hər halda, hakim həmin epizodlara daha yaxın idi. Bir də ki, buna fikir vermək lazım deyil. Çünki, bu, sıradan bir oyun, yoldaşlıq matçı idi”.
Son vaxtlar Azərbaycan futbolu ilə hansısa əlaqəsinin olmadığını vurğulayan Qazzayev 2 veteran futbolçumuza salamlarını da çatdırıb: “Azərbaycanla əlaqəm yoxdur. Amma Kazbek Tuayevi yaxşı tanıyıram. Çoxdandır heç Bakıda da olmuram. Amma məni o vaxt - 1982-83-cü illərdə Bakıya dəvət etmişdilər. “Alaniya”da oynamış Nazim Süleymanovu da yaxşı xatırlayıram. Çox yaxşı futbolçu idi. Mənim salamlarımı onlara çatdırın”.

0
0