Hacıyev “Neftçi”ni təriflədi
03.02.2012 - 17:04
"Neftçi"nin oyunu xoşuma gəldi. Komandanın heyətində oynayanlar əsasən gənclərdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyalı tanınmış məşqçilərindən olan Hacı Hacıyev deyib.
O, Çeçenistanın ilk prezidenti Əhməd Kadirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə III yer uğrunda keçirilən “Neftçi” - “Terek” oyununu izləyib. Hacıyev Rusiya təmsilçisini deyil, 3:0 hesabı ilə qalib gələn həmsoyadı Böyükağa Hacıyevin yetirmələrini tərifləyib: “Onların təcrübəsi çox olmasa da, top uğrunda meydanda sona qədər mübarizə aparırlar. Xüsusən 25 və 27 nömrəli futbolçuların çıxışını bəyəndim. Komandadakı legionerlərin də oyunu yaxşı təsir bağışlayır. "Neftçi" hazırki vəziyyətdə Rusiya çempionatında yüksək yerlər uğrunda yarışa bilər".
Qeyd edək ki, Hacıyevin təriflədiyi futbolçular Cavid İmamverdiyev və Rəşad Abdullayevdir.

0
0