Omari Tetradze futbolçularımızın texnikasına valeh qaldı
03.02.2012 - 17:10
“Neftçi”nin burda bir-neçə görüşünü izlədim. Komandanın oyununa baxanda məşqçi işi açıq-aşkar görünür”. Apasport.az saytının məlumatına görə, bunu vaxtilə Rusiya yığma komandasının şərəfini qorumuş, daha sonra məşqçi kimi tanınmış Omari Tetradze deyib.
Təcrübəli mütəxəssis Antalyada keçirilən Çeçenistanın ilk prezidenti Əhməd Kadirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə III yer uğrunda keçirilən “Neftçi” - “Terek” oyununu izləyib. “Ağ-qara”ların 3:0 hesablı qələbəsindən sonra Bakı təmsilçisinin rəsmi saytına açıqlama verən Tetradze bildirib ki, son Azərbaycan çempionunun gənc futbolçuları onu valeh edib: “Güclü kollektiv formalaşdıra biliblər. Futbolçular bir-birini əla başa düşür. Keçirdikləri hər oyun rəngarəngliyi ilə seçilirdi. Gənc futbolçuların texnikası isə məni valeh etdi. 3-cü yeri tutsalar da layiq olduqları yer final idi”.

0
0