Yığmamız bu dəfə Türkiyəyə uduzmadı
03.02.2012 - 17:48
Yığmamız bu dəfə Türkiyəyə uduzmadı
Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Türkiyənin 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığması ilə qarşılaşıb.

Oyunda hesab açılmayıb – 0:0.

Qeyd edək ki, Vəli Qasımovun yetirmələri ilk matçda 0:4 hesabı ilə uduzmuşdular.

Mənbə: affa.az