Vaqif Cavadov AFFA-dan kömək istədi: Biz bu işə qarışmayacağıq
04.02.2012 - 00:04
“Komandamızda hələlik yeni futbolçu yoxdur. Bakıya döndükdən sonra bununla bağlı müəyyən qərar verəcəyik”. Bu sözləri apasport.az saytına “Qarabağ” klubunun icraçı-direktoru Əmrah Çəlikəl deyib.
Təlim-məşq toplanışını Antalyada başa vuran Ağdam təmsilçisi Bakıya dönməyə hazırlaşır. Baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında məşq edən komandanın düşərgəsinə baxışdan keçmək üçün bir neçə əcnəbi futbolçu da qoşulmuşdu. Lakin klub rəsmisi onlar arasında bəyənilənin olmadığını bildirib: “Ancaq başqa variantlar var. Yəni, menecerlər bizə futbolçu təklif ediblər. Bu barədə komanda Bakıya döndükdən sonra qərar verəcəyik. İndidən ad açıqlamağım düzgün olmaz. Çünki ortada hələ heç nə yoxdur”.
Hazırlığın normal keçdiyini vurğulayan Çəlikəl fasilədə heyətə cəlb edilən Vaqif Cavadovun tədricən formaya düşdüyünü vurğulayıb: “Antalyadakı hazırlığımız yaxşı keçdi. Komanda üçün lazım olan hər cür şərait yaradılmışdı”.
Bu arada fasilədən sonra “Qarabağ”ın formasını geyinəcək Vaqif Cavadov cəzası ilə bağlı artıq AFFA-ya müraciət ünvanlayıb: “Cavadov özü baş katibə müraciət edib. İndi cavab gözləyirik. Biz bu işə qarışmayacağıq. Çünki bu problem futbolçu ilə yığma arasında yaranıb”.

0
0