Planı pozulan komanda Premyer Liqaya hazırdır - FOTO
04.02.2012 - 00:08
“Hazırlığımız plan üzrə həyata keçirilir. Çovğunla bağlı müəyyən dəyişmələr oldu”. Bu sözləri apasport.az saytına AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyev deyib.
Qış fasiləsinin ölkədə keçirən Premyer Liqanın üç təmsilçisindən biri olan AZAL dünən paytaxtda hakim kəsilən çovqunla əlaqədar planlarında dəyişiklik edib. Çünki hava şəraiti, eləcə də meydançanın tamamilə qarla örtülməsi nəzərdə tutulan yoxlama matçının təxirə salınmasına səbəb olub: “Dünən çovğunla əlaqədar məşq etməmişik. Üstəlik yoxlama oyunu da keçirməli idik. Klubun əvəzedici komandası ilə qarşılaşacaqdıq. Lakin əlverişsiz hava şəraitinə görə, alınmadı”.
Paytaxt klubu dünənki məşqini isə qapalı məkanda həyata keçirib. “Təyyarəçilər” paytaxtda təmiz meydança tapmadığına görə, zala üz tutub: “Bakıda bütün stadionlar qarın altında qalıb. Biz də məcbur olub “Olimpik Star”a üz tutduq. Yəni məşqimizi qapalı məkanda həyata keçirdik”.
Baş məşqçi qarşıdakı günlərdə yoxlama oyunu keçirməyəcəklərini də bildirib: “Qərar gəldik ki, yoxlama oyunu keçirməyək. Çünki gələn həftə Premyer Liqanın oyunları başlayacaq. Əsas çalışdığımız odur ki, hansısa futbolçumuz zədə almasın”.
Komandasının çempionata hazır olduğunu vurğulayan baş məşqçi qarşıdakı fasilədən lazımınca yararlandıqlarını düşünür: “Bugünkü gündə komandada hər şey qaydasındadır. Uşaqlar canla-başla çalışdılar. Fiziki, taktiki hazırlıq keçdik. Düşünürəm ki, komandamız çempionata hazırdır”.

0
0