Nəticədən razı, oyundan narazı
04.02.2012 - 02:32
Futzal üzrə Avropa çempionatında Azərbaycanla görüşdən sonra Serbiya yığmasının baş məşqçisi Atsa Kovaçeviçin oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, 9:8 hesablı qələbəyə baxmayaraq, rəqibin çalışdırıcısı oyundan razı qalmadığını bildirib: “Nəticədən razıyam. Amma oyun məni qane etmədi. Hər iki komanda müdafiədə çox pis oynadı. Avropa çempionatının bir oyununda bu qədər qol yəqin ki, vurulmamışdı. Birinci hissədə komandam xeyli həyəcan keçirdi. Buna baxmayaraq, sonradan özümüzə gələ bildik. Bu qələbə bizim vaxtından əvvəl 14 finala çıxmağımıza şərait yaratdı”.
0
0