“Simurq” ilk qələbəsi darmadağınla qazandı
04.02.2012 - 10:19
“Simurq” ilk qələbəsi darmadağınla qazandı
Antalyada hazırlığını davam etdirən “Simurq” növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Sergey Yuranın yetirmələri 4-cü oyunlarında Çinin “Bit” komandasını sınağa çəkiblər.

Görüş komandamızın layiqli qələbəsi ilə başa çatıb. Zaqatala təmsilçisi rəqibini darmadağın edib – 4:0. Maraqlıdır ki, qolların hamısı ikinci hissədə vurulub. “Bit”i Mikayıl Rəhimov (60), Nicat Qurbanov (68), Robertas Poşkus (85) və Əli Bağırov (90) cəzalandırıblar.

Qeyd edək ki, bu “Simurq”un Türkiyədə ilk qələbəsi olub. Təmsilçimiz bundan öncə “Kaysar” (Qazaxıstan) və “Torpedo” (Gürcüstan) ilə 1:1 hesablı heç-heçə etmişdi. Son qarşılaşmasında isə Almaniya “Offenbax”ına 1:2 hesabı ilə uduzmuşdu.