“Neftçi”nin qənimi çempion oldu
04.02.2012 - 10:27
“Neftçi”nin qənimi çempion oldu
Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Antalyada keçirilən yarışın final mərhələsində “Metallist” (Ukrayna) “Rapid”lə (Rumıniya) qarşılaşıb.

Oyunun taleyin yeganə qol həll edib. Ukraynalıların 78-də dəqiqədə rəqiblərini məyus etməsi çempion olmaları ilə nəticələnib. “Metallist” kubokla yanaşı, 100 min ABŞ dolları da irəli düşüb. “Rapid” isə ikinci yer üçün nəzərdə tutulan 70 min ABŞ dollarına yiyələnib.

Qeyd edək ki, turniri 3-cü pillədə başa vuran Bakının “Neftçi” klubu yarışda yeganə məğlubiyyətini məhz “Metallist”dən almışdı. Paytaxt təmsilçisi xarkovlularla dueldə 1:3 hesabı ilə uduzmuşdu.