“Qalatasaray”ın vitse-prezidenti Yıldırım Dəmirörəni istefaya çağırıb
04.02.2012 - 13:09
“Qalatasaray” klubunun vitse-prezidenti Adnan Öztürk “Beşiktaş” klubunun prezidenti Yıldırım Dəmirörəni Klublar Birliyinin rəhbəri postundan istefa verməyə çağırmaq niyyətindədir. APA-nın məlumatına görə, Adnan Öztürk bildirib ki, “UEFA ilə mübarizə aparaq, Avropa kuboklarına komanda göndərməyək” deyən şəxs Klublar Birliyinə rəhbərlik edə bilməz: “Klublar Birliyinin rəhbəri Ankarada fövqəladə qurultay ərəfəsində toplantı keçirib. Orada “Qərar vermək üçün məhkəmənin qərarını gözləyək, UEFA bizə heç nə edə bilməz, etsə də, UEFA ilə mübarizə apararıq” kimi sözlər işlətdi, buna görə də biz ““Qalatasaray” belə təfəkkürlü insanlarla bir yerdə ola bilməz” deyərək toplantını tərk etdik. Sonra Yıldırım Dəmirörən TFF başqanı Mehmet Əli Aydınları istefaya çağırdı. 18 klubun yekdil qərarı olmadan siz federasiya rəhbərini istefaya çağıra bilməzsiniz. Bu, mümkün deyil”.
Adnan Öztürk bilridib ki, “Beşiktaş” prezidentinin “Heç birimiz Avropa kuboklarına getməyək” ifadələri Türkiyə Futbol Federasiya rəhbərliyini istefaya çağırmağın strateji davamıdır: “Əgər Klublar Birliyi rəhbəri türk futbolunun inkişafını, heç bir komandanın Avropa kuboklarında iştirakını istəmirsə, mən bu mentalitetə sahib olan bu şəxsi ilk toplantıda istefaya çağıracağam. Çox səmimi deyirəm, türk futbolunu inkişaf etdirmək üçün yaradılmış Klublar Birliyinin rəhbəri “Lazım olsa, Avropa kuboklarında iştirak etmərik” deyə bilməz. Əgər belə deyirsə, o zaman Klublar Birliyinin rəhbərliyə yenidən etimad göstərilməsi məsələsi gündəmə gəlməlidir. Mən də Klublar Birliyi rəhbərliyinin yenidən seçilməsi təklifini irəli sürəcəyəm”.

0
0