Türkiyə yığması da Avropa çempionatı ilə vidalaşdı
04.02.2012 - 13:25
Türkiyə yığması da Avropa çempionatı ilə vidalaşdı
Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatında II turun 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, 2 qrupda 2-ci qarşılaşma baş tutub və final mərhələsini vaxtından əvvəl dayandıran daha 2 yığmanın adına aydınlıq gəlib.

Belə ki, Azərbaycan milli komandası ilə yanaşı, Türkiyə futzalçıları da ikinci görüşlərini məğlubiyyətlə başa vurublar. Bu isə hər 2 yığmanın növbəti mərhələyə yüksəlmək şanslarının itirilməsinə səbəb olub. Nəticədə C qrupunda Rusiya və İtaliya, D qrupunda isə Portuqaliya və Serbiya 1/4 finala yüksəliblər.


C qrupu
Türkiyə – Rusiya – 0:5
Turnir cədvəli: Rusiya, İtaliya – 3 (1 oyun), Türkiyə – 0 (2)

D qrupu
Azərbaycan – Serbiya – 8:9
Turnir cədvəli: Portuqaliya, Serbiya – 3 (1), Azərbaycan – 0 (2)

Qeyd edək ki, daha öncə Ukrayna və İspaniya yığmaları 1/4 finala vəsiqə qazmışdılar. Sloveniya isə qitə çempionatında çıxışını başa vurub.