“Xəzər Lənkəran”dan növbəti transfer!
04.02.2012 - 15:11
“Xəzər Lənkəran”ın qış fasiləsində növbəti transferini reallaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-yaşıllar”ın heyətində 2007-2010-cu illərdə çıxış etmiş bolqar futbolçu Radomir Todorov yenidən Lənkəran təmsilçisinin şərəfini qoruyacaq.
Klubun tarixində ən çox oyun keçirmiş legioner olan sol cinah müdafiəçisinin keçidi barədə bir müddət gedən danışıqlardan sonra razılıq əldə edilib.
Qeyd edək ki, 31 yaşlı Todorov “Xəzər Lənkəran” formasında 125 oyunda meydana çıxıb və 1 qol vurub. Lənkərandan ayrı olduğu bir il müddətində futbolçu paytaxtın “Bakı” və ölkəsinin “Spartak” (Varna) klublarında çıxış edib.

0
0