Premyer Liqa məşqçilərinin hegemonluğu
06.02.2012 - 11:49
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) əsrin ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, son 11 ildə keçirilən ən yaxşı klub və ən yaxşı yığma məşqçisi sorğularının yekunlarına əsasən tərtib olunan siyahı 2001-2011-ci illəri əhatə edib.
Planetin ən yaxşı 190 məşqçisinin yer aldığı cədvələ şotlandiyalı Aleks Ferqyusson başçılıq edir. İngiltərə “Mançester Yunayted”inə rəhbərlik edən mütəxəssisin hesabında 166, “Arsenal”ın fransalı məşqçisi Arsen Vengerin 165 xalı var. Üçüncü olan portuqaliyalı Joze Mourinyo isə 154 xalı “Porto” (Portuqaliya), “Çelsi” (İngiltərə) və “Real”dakı (İspaniya) işi ilə qazanıb.
Qeyd edək ki, siyahıda azərbaycanlı məşqçilərə yer tapılmayıb.

0
0