Elçin Məmmədov “Rubin” – “Olimpiakos” matçında
06.02.2012 - 11:56
Elçin Məmmədov “Rubin” – “Olimpiakos” matçında
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Elçin Məmmədov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində “Rubin” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) oyununda tədbirin direktoru (UEFA Venue Director) vəzifəsini yerinə yetirəcək.

Qarşılaşma fevralın 14-də Moskva şəhərindəki “Lujniki” stadionunda keçiriləcək.

Mənbə: affa.az