Azərbaycan millisi İranla oynayacaq
06.02.2012 - 13:27
Azərbaycan millisi İranla oynayacaq
Azərbaycan milli komandasının (U-16) növbəti rəqibi müəyyənləşib. Apasport.az-ın AFFA-ın rəsmi saytına istinadən məlumatına görə, Nikolay Adamın yetirmələri fevralın 27-də və 29-da İranın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcəklər.

Şağan Olimpiya İdman Kompleksində baş tutacaq hər iki oyun saat 15:30-da başlayacaq.