“Qarabağ” “Şəfa”ya sığındı
06.02.2012 - 14:06
“Qarabağ” “Şəfa”ya sığındı
“Qarabağ” mövsümün II yarısının hazırlıqlarının son mərhələsinə qədəm qoyub. Apasport.az saytının məlumatına görə, ağdamlılar Premyer Liqanın XIX turunun “Simurq”la oyunu ərəfəsində son məşqlərini Bakıda keçirirlər. Lakin paytaxtda davam edən qeyri-sabit hava şəraiti komandanın planlarına təsirsiz ötüşməyib. Qurban Qurbanovun yetirmələri məcburiyyətdən “Şəfa” stadionunda məşq keçməli olub.