“Bakı”&“Kəpəz”: Əks qütblərdə
06.02.2012 - 14:20
Azərbaycan klublarının növbəti Antalya macəraları sona çatdı. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın 9, I divizionun 1 təmsilçisi təlim-məşq toplanışını Türkiyədə başa vuraraq, artıq Vətənə qayıdıb.
Komandalarımız hazırlıq çərçivəsində ümumilikdə 48 oyun keçiriblər. Beynəlxalq oyunlarda o qədər də uğurlu çıxış etməyən təmsilçilərimiz 17 qələbə qazanıb, daha çox – 20 dəfə məğlub olublar. Elə top fərqində də komandalarımızın göstəriciləri sevindirici olmayıb. Düzdür, yoxlama oyunlarındakı nəticə o qədər vacib sayılmasa da, bu, komandadakı durumu əks etdirir. Həm də axı heç kim meydana uduzmağa çıxmır.
Ayrı-ayrı komandalara gəlincə, “Neftçi” hamıdan çox – 7 oyun keçirib. 3 komanda isə hərəyə 3 dəfə oynayıblar. “Neftçi” və onların prinsipial rəqibi “Xəzər Lənkəran” hamıdan çox qələbə qazanıblar – hərəyə 3 dəfə. Lakin cənublular buna daha az matçda nail olublar.
Düzdür, “Qəbələ” də meydanı 3 dəfə qələbə sevinci ilə tərk edib. Lakin həmin qələbələrdən biri penaltilər seriyasında gerçəkləşib və bu üzdən balansda əsas oyun vaxtı nəzərə alınıb.
“Simurq” və “Bakı” Antalyanı qələbəsiz tərk ediblər. Amma bu 2 komandanın nəticələrində fərqli məqam da diqqət çəkir. Belə ki, “Simurq” “Kəpəz” kimi 2 məğlubedilməz komandadan biri olub. “Bakı” isə heç-heçəyə də möhtac qalıb. Bakılılar keçirdikləri bütün görüşlərdə uduzmaqla, ən biabırçı nəticələrə imza atıb. “Kəpəz” isə ən yaxşı nəticə göstərən komandamız olub.
Bütün beynəlxalq oyunlar
Bakı – Alkmaar (Hollandiya) 1:5, İnqolştadt (Almaniya) 0:4, Panduri (Rumıniya) 0:1, Arsenal (Ukrayna) 1:2, Dinamo (Minsk, Belarus) 2:3, Koşitse (Slovakiya) 1:3.
Neftçi – Dinamo (Drezden, Almaniya) 0:1, Aktobe (Qazaxıstan) 1:1, Beroe (Bolqarıstan) 1:1, Metallist (Ukrayna) 1:3, Poloniya (Polşa) 3:1, Paxtakor (Özbəkistan) 3:0, Terek (Rusiya) 3:0
İnter – Karlsrue (Almaniya) 1:3, Skenderbeu (Albaniya) 0:0, Konya Şəkərspor 3:2, Volın (Ukrayna) 0:0, Şturm (Avstriya) 2:1, Jetısu (Qazaxıstan) 0:0
Xəzər Lənkəran – Türkmənistan milli komandası 3:1, Volfsburq-2 (Almaniya) 2:1, Atırau (Qazaxıstan) 2:1, Vointa-Sibiu (Rumıniya) 0:4, Şinnik (Rusiya) 1:3
Qəbələ – Atırau (Qazaxıatan) 1:2, Krivbass (Ukrayna) 1:2, Vitorul Konstanta (Rumıniya) 1:0, Obolon (Ukrayna) 1:0, Split (Xorvatiya) 2:2, pen.4:3
Simurq – Kaysar (Qazaxıstan) 1:1, Torpedo (Kutaisi, Gürcüstan) 1:1, Offenbax (Almaniya) 1:1
Sumqayıt – Jetısu (Qazaxıstan) 2:0, Paderborn (Almaniya) 0:4, Fakel (Rusiya) 0:1, Plauen (Almaniya) 0:2
Qarabağ – Taraz (Qazaxıatan) 0:1, Rid (Avstriya) 1:3, Vaslui (Rumıniya) 1:1, Obolon (Ukrayna) 0:3, Petrolul Ploeşti (Rumıniya) 1:0, VİT-Corciya (Gürcüstan) 3:1
Qaradağ-Lökbatan – Sankt-Peterburq təmsilçisi (Rusiya) 2:0, Olstayn (Kil, Almaniya) 2:4, Evrim Sekispor 1:0
Kəpəz – Atırau (Qazaxıstan) 4:1, Qurnik (Polşa) 3:1, Spartak-əvəzedicilər (Moskva, Rusiya) 0:0

| komanda | O | Q | H | M | T | X | FAİZ |
|---|---|---|---|---|---|---|---|
| Kəpəz | 3 | 2 | 1 | 0 | 7-2 | 7 | 77,78 |
| Qaradağ-Lökbatan | 3 | 2 | 0 | 1 | 5-4 | 6 | 66,67 |
| Xəzər Lənkəran | 5 | 3 | 0 | 2 | 8-10 | 9 | 60 |
| Neftçi | 7 | 3 | 2 | 2 | 12-7 | 11 | 52,38 |
| İnter | 6 | 2 | 3 | 1 | 6-6 | 9 | 50 |
| Qəbələ | 5 | 2 | 1 | 2 | 6-6 | 7 | 46,67 |
| Qarabağ | 6 | 2 | 1 | 3 | 6-9 | 7 | 38,89 |
| Simurq | 3 | 0 | 3 | 0 | 3-3 | 3 | 33,33 |
| Sumqayıt | 4 | 1 | 0 | 3 | 2-7 | 3 | 25 |
| Bakı | 6 | 0 | 0 | 6 | 5-18 | 0 | 0 |
| Cəmi | 48 | 17 | 11 | 20 | 60-72 | 62 | 43,06 |

0
0