18 futbolçu və 1 məşqçiyə ağır cəza
06.02.2012 - 14:33
Malayziyada danışılmış oyunlarda iştirakı təsdiqlənən futbolçu və məşqçi ilə bağlı qərar verilib. Apasport.az saytının məlumatına görə, 18 gənc futbolçu bu idman növündən kənarlaşdırılıb.
Bu oyunçular və məşqçi 2 ildən 5 ilə qədər müddətdə futbolla məşğul olmaq hüququndan məhrum edilib. Malayziyanın idman və gənclər siyasəti naziri Əhməd Şaberi Çik bunu rüsvayçılıq adlandıraraq, danışılmış oyunların təşkilatçılarının axtarılacağını bildirib.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində 100-dən artıq malayziyalı futbolçu eyni səbəbdən cəzalanmışdı.

0
0