Azərbaycan yığması: Avropa çempionatının ikincisi və antirekord
06.02.2012 - 15:18
Azərbaycan yığması: Avropa çempionatının ikincisi və antirekord
Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatının qrup mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytı hər biri 2 oyun keçirən 12 komandanın nəticələrini müqayisə edərək, yığmamızın göstəricilərinin nəyi ifadə etdiyini üzə çıxarıb.

0 qələbə - Çexiya, Türkiyə və Sloveniya ilə birlikdə Avropa çempionatını qələbəsiz tərk edən 4 komandadan biri.

2 məğlubiyyət - Çexiya, Türkiyə və Sloveniya ilə birlikdə Avropa çempionatında hər 2 oyunda uduzan 4 komandadan biri.

9 qol– Avro-2012-nin 2 ən məhsuldar komandasından biri. Yalnız 10 qol vuran Serbiyadan geri qalan yığmamız Avropada 2-cidir.

13 qol buraxmaq – Avro-2012-nin antirekordu.


“-4”lük top fərqi – Yalnız Sloveniya və Türkiyə ilə müqayisədə daha yaxşı nəticədir.

0 xal - Çexiya, Türkiyə və Sloveniya ilə birlikdə Avropa çempionatını xalsız tərk edən 4 komandadan biri.

YEKUN – 12 komandanın nəticələrinə əsasən tərtib olunan şərti turnir cədvəlində Sloveniya və Türkiyədən öndə - X yer. Qrup sonuncularından yalnız Çexiya millimizdən daha yaxşı top fərqinə nail olub.

A qrupu
Xorvatiya22007-56
Rumıniya21014-33
Çexiya20025-80


B qrupu
İspaniya22008-36
Ukrayna21017-73
Sloveniya20025-100


C qrupu
Rusiya21107-24
İtaliya21105-34
Türkiyə20021-80


D qrupu
Portuqaliya22006-26
Serbiya210110-103
Azərbaycan20029-130