Asim Xudiyev: Onlar bizə qulaq asmazlar
06.02.2012 - 16:20
AFFA-nın futzal üzrə koordinatoru, sabiq FİFA hakimi Asim Xudiyevin apasport.az saytına müsahibəsi
- Serbiya yığması ilə oyundan sonra hakimliklə bağlı UEFA-ya şikayət olundumu? Ümumiyyətlə, bu məsələdə prosedura necədir?
- Prosedura belədir ki, hansısa olaya, qayda pozuntusuna görə şikayət etmək olar. Amma onun müqabilində gərək 1000 avro ödəməli və rəsmi şikayət eləməlisən. Ancaq biz buna lüzum görmədik.
- Hansı səbəbdən?
- Burada söhbət maddi məbləğdən getmir. Bizə dedilər ki, onlar qırmızı vərəqəyə və hakimin yekun qərarına baxa bilərlər. Ancaq həmin qərarı və nəticəni dəyişə bilməzlər. Bizə desəydilər ki, sizin apelyasiyanız hardasa müsbət nəticə ilə yekunlaşacaq, biz onu göndərə bilərdik. Həm birinci, həm də ikinci oyunda hakimlə bağlı Futzal Federasiyasının prezidenti Zaur Axundov və mən UEFA nümayəndələrinə öz etirazımızı bildirdik. Mən əminəm ki, onlar hər 2 matçımızda, xüsusilə Serbiya ilə oyunda çoxlu səhvlərə yol verdiklərini başa düşdülər. Yəni, yığmamızın qapıçısı Andrey Tveryankin 2-ci sarı və qırmızı vərəqə alarkən, hakim tərəfindən düzgün dəyərləndirilməmişdi. Oyundan sonra göstərilən videoyazı onu da təsdiqlədi ki, hakim belə desək, qərəzli qərar çıxardı.
- Narazılığa səbəb olan digər epizod son saniyələrdə baş verdi. Onda oyunçumuza qarşı qayda pozuntusu olsa da, epizoda lap yaxın olan polşalı hakim Sebastyan Stavitski bunu qeydə almadı. Nəticədə rəqibə 6-cı cərimə və qapılarına 10 metrlik cərimə zərbəsini təyin etmədi. Siz bu epizodu necə dəyərləndirərdiniz?
- Həmin epizod təkcə yığmamızın ehtiyat oyunçular skamyasında yox, zala toplaşan tamaşaçılar aşkar gördü ki, hakim bilərəkdən 6-cı cərimə zərbəni təyin etmədi.
- Sizcə, Azərbaycana qarşı qərəz nədən irəli gələ bilər? Hər halda, yığmamız o dərəcədə güclü deyil ki, bizdən çəkinsinlər...
- Biz nə Avropa, nə də dünya çempionuyuq. Fikrimcə, bu, hakimlərin səviyyəsinin aşağı, bu oyunlara hazır olmamağından və çətin məqamlarda düzgün qərar qəbul etməməyindən irəli gəlir.
- Belə çıxır ki, beynəlxalq miqyasda futzal hakimləri futbol hakimlərindən geri qalır, yoxsa?
- Belə demək istəməzdim. Ümumiyyətlə, Avropada çox güclü səviyyəli futzal hakimləri var. Ancaq təəssüflər olsun ki, həmin hakimlər hazırda yaşlarına görə futbol meydançalarını tərk edirlər.
- Həmin Stavitski də onların yerinə gələn cavanlardandır...
- O, ilk dəfə Avropa çempionatının final mərhələsinə qatılıb. Onunla birgə Portuqaliya yığması ilə matçımızı idarə edən İvan Şabanovun yaşı isə axırıncı illərdə idarəçiliyə çatır. Amma tribunadan oyunu izləyən digər FİFA futzal hakimləri söyləyirdilər ki, Şabanovun qərarları Azərbaycan yığmasına qarşı çox qərəzli idi.
- Kimlər?
- Ad çəkmək düzgün olmazdı, çünki onların da hakimlər idi. Ancaq mənim həmin hakimlərlə çox yaxın, yaxşı münasibətlərim var. Onlar da oyun qurtarandan sonra mənə yaxınlaşıb, başlarını silkələdilər ki, doğrudan da hakimlər ağlasığmaz qərarlar verirlər. Bunu tək biz, UEFA nümayəndələri də gördülər. Ancaq onlar bunu açıq demək istəmədilər.
- Şabanov Azərbaycan – Serbiya oyununa da təyinat almışdı. Biz etiraz etdikdən sonra onu dəyişdilər?
- Bəli. Biz həm onlara etiraz eləmişdik, həm də UEFA Hakimlər Komitəsi Portuqaliya – Azərbaycan oyununu təhlil etmişdi. Doğrudan da Şabanov tərəfindən göstərilən 2-ci sarı vərəqə əsassız idi. Onlar da Şabanovu dəyişib, 4-cü hakim etməklə, vəziyyətdən çıxış yolu tapmışdılar. Onun, yaxud Stavitskinin bundan sonra sonrakı oyunlara təyinat alacağını bilmirəm.
- Şabanovun dəyişdirilməyi xeyrimizə yox, əksinə ziyanımıza oldu. Bəlkə bunu heç etməyə dəyməzdi?
- Ümumiyyətlə, biz UEFA nümayəndələrinə o dərəcədə təzyiq göstərmədik ki, hakimi dəyişsinlər. Onlar bizim sözümüzə qulaq asmazlar. Çünki UEFA-nın öz təyinatı var. Sadəcə, hər turdan sonra oyunun təhlili olur və bunun nəticəsində hakimin işi UEFA-nın Hakimlər Komitəsi tərəfindən qiymətləndirilir. Yəqin, onlar görüblər ki, doğrudan da Azərbaycanın etirazları düzgündür.
- Hakimlərin beynəlxalq oyunlarda da səhvlərinin, hətta qərəzli olduğu görünür. Keçmiş FİFA hakimi kimi necə düşünürsünüz, bunlar nədən irəli gəlir?
- Ümumiyyətlə, həm böyük futbolda, həm də futzalda hakimlik problemi var. Hesab edirəm ki, bundan sonra da olacaq. UEFA hakimlərə təyinat verəndə, onları seminardan keçirərək, biliyini yoxlayır. Bəlkə də Stavitskinin seminarda özünü yaxşı tərəfdən göstərmişdi, ancaq həm birinci, həm də ikinci oyunumuzda hakimliyinin səviyyəsi çox aşağı idi. Hesab edirəm ki, bir epizodda oyunçumuz Alveşə göstərdiyi sarı vərəqə düzgün idi, ancaq ikinci epizodda Serjaoya verdiyi sarı vərəqə çox əsassız idi. Çünki eyni epizodda bizim oyunçuya sarı vərəqə verilir, ancaq Portuqaliya yığmasının üzvünə yox. Serbiya ilə oyunda isə hakim ilk hissədəki səhvlərini başa düşərək, fasilədən sonra rəqib oyunçularına yersiz sarı vərəqələr verməyə başladı.
- Azərbaycan 1/4 finalda çıxacağı halda Rusiya yığması ilə düşəcəkdi. Ola bilərdimi ki, rus hakim buna görə komandamızı sıxışdırırdı...
- Bunun da təsiri ola bilər. Bilirdi ki, Azərbaycan yığmasının 2-ci yeri tutaraq, Rusiya yığmasına rəqib olmağı mümkündür. Oyunçularımızın potensialının qabağını kəsmək üçün qrupdan çıxmamağını istəyə bilərdi. Çünki biz ilk oyunda 3 sarı vərəqə aldıq və onlar Serbiya ilə matçda da alsaydılar, 1/4 finalda oynaya bilməyəcəkdilər.
- İstənilən halda, yığmamız uğursuz çıxış etdi, ümidləri doğrultmadı. Hamını da ilk növbədə nəticə maraqlandırır. Fakt odur ki, keçən Avropa çempionatında 4-cü yeri tutan komanda bu dəfə qrupdan çıxa bilmədi...
- Yığmamızın çıxışına ümumi belə yekun vurmaq olar ki, öhdəliyi yerinə yetirmədik. Yəni ən azı qrupdan çıxıb, 1/4 finalda oynamalı və bunun üçün Zaqrebdən Split şəhərinə yollanmalı idik. Orada kiminlə görüşəcəkdik, nəticə necə olacaqdı, bunu zaman göstərəcəkdi. Ən azı Serbiya ilə heç-heçə edib, qrupumuzda son oyunun nəticəsini gözləməli idik. Fikrimcə, Portuqaliya Serbiyaya böyük hesabla qalib gələ bilərdi.
- Yəni onların bir-biri ilə münasib nəticə ilə bağlı danışa bilməzdilər?
- Yox. Portuqaliya, İspaniya, Rusiya, İtaliya kimi güclü yığmalar qrupda 2-ci, 3-cü yeri tutan komandaların nəticələrinə baxmırlar. Onlar meydançaya öz nəticəsini qazanmaq üçün çıxırlar.
- Millimizdə yaxın vaxtda heyətlə, legionerlərlə bağlı islahatlar gözlənilə bilərmi?
- Demək istəyirəm ki, yerli oyunçular daha çox çalışmalıdır. Onlar daha çox baş məşqçinin rəğbətini qazanmalıdırlar ki, heyətdə yer alsınlar. Bizdə yalnız Vitali Borisov, Rizvan Fərzəliyev, Rəcəb Fərəczadə müntəzəm meydana çıxır. Vitali Serbiya ilə oyunda 3-4 qol vurmalı idi. Razılaşın ki, həmin matçda bəlkə də 10 qol vurmalı idik.
- Yığmamızın baş məşqçisi Joze Alesio Da Silva braziliyalıdır və əsas güvəndiyi də həmyerlilərdir. Sizcə, millimizdə belə ayrıseçkilik varmı?
- Fikrimcə, yoxdur. Sadəcə, bizimkilərə məşqlərdə, meydançada daha çox çalışmaq lazımdır. Mən yoldaşlıq görüşlərimizdə, təlim-məşq toplanışlarımızda görürəm ki, oyunçularımız bugünkü günlə kifayətlənirlər. Əksinə, daha çox çalışmalıdırlar ki, baş məşqçi onları oynatmağa məcburiyyətdən yox, rəsmi matçlarda əsas heyətdə yer verməlidir.
Mehman SÜLEYMANOV
Zaqreb

0
0