Avropada fərqlənənlərimiz
07.02.2012 - 00:01
Avropada fərqlənənlərimiz
Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatının qrup mərhələsi Azərbaycan millisi üçün uğursuz alınsa da, ayrı-ayrı oyunçular ən yaxşılar sırasında yer alıb. Apasport.az saytının məlumatına görə, futzalçılarımız 5 müxtəlif nominasiyada öndə qərarlaşıb.

Düzdür, bunlardan biri - ən çox sarı vərəqə alan futzalçıların siyahısı sevindirici hal deyil. Lakin digər 4 cədvəldə oyunçularımız ən yaxşılardandırlar. Həm vurulan qollar, həm məhsuldar ötürmələr, həm qapıya zərbələrdə ən yaxşılar arasında Azərbaycan millisinin üzvü var. Üstəlik, rəqiblərin ən çox qayda pozuntusuna yol verməyə məcbur edənlərdən də biri yığmamızın oyunçusudur.

Jadder Dantas – 3 qol – 2-5-ci yerlər
Felipe və Tyaqo – 2 məhsuldar ötürmə - 1-9-cu yerlər
Vitali Borisov – qapıya 10 zərbə – 1-2-ci yerlər
Tyaqo – qapıya 8 zərbə - 6-9-cü yerlər
Andrey Tveryankin – 2 sarı vərəqə - 1-2-ci yerlər
Felipe – 5 dəfə cərimə qazanıb – 1-3-cü yerlər