Bekhem kuryoz hadisə ilə üzləşdi
06.02.2012 - 20:13
Məşhur ingilis futbolçu Devid Bekhem kuryoz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi oğlu Romeonun oynadığı komandanın matçında hakimlə mübahisə etdiyi üçün meydandan qovulub.
Bekhem hakimin haqsızlıq etdiyini düşünür: “Mən Romeonun komandasının oyununa baxırdım. Hakim penalti zərbəsi təyin etdi və uşaqlardan birini meydandan qovdu. Mən ona dedim ki, uşağın cəmi 8 yaşı var, hansı qovulma ola bilər? Hakim mənə baxaraq, qırmızı vərəqə göstərdi və meydanı tərk etməyimi xahiş etdi. Buna görə oyunun qalan hissəsinə uzaqdan baxmalı oldum”.
Qeyd edək ki, Devid oynadığı ABŞ-ın “Loc-Anceles Qalaksi” klubu ilə müqaviləsini bu ay 2 illiyə uzadıb.

0
0