Makedoniya yığmasının üzvü “Qarabağ”da
06.02.2012 - 17:12
"Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Makedoniya yığmasının üzvü Muarem Muaremi transfer edib.
Ampluaca yarımmüdafiəçi olan 23 yaşlı futbolçu ilə 3 il yarımlıq müqavilə imzalanıb. Makedoniya millisinin heyətində 3 oyuna çıxan pleymeykerin fevralın 10-da “Simurq”la görüşdə debüt edəcəyi gözlənilir.
Qeyd edək ki, Muarem ötən mövsümü Türkiyə Bank Asya Liqasında çıxış edən "Orduspor"un heyətində keçirib. Bu komandanın heyətində 25 oyuna çıxan Muarem 4 dəfə rəqib qapıçılarını məyus etmişdi. Daha sonra ölkəsinə qayıdan gənc futbolçu yenidən "Rabotniçki" klubuna transfer olunub. Bu günə qədər 12 oyun keçirən Muarem komandasının heyətində cəmi 2 dəfə fərqlənib.
Onu da əlavə edək ki, Muarem "Rabotniçki"dəki debüt matçına məhz Azərbaycan klubuna qarşı oyunda çıxıb. 2008-ci il Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda "İnter"lə keçirilən görüşdə debüt matçına çıxan Muarem 50 dəqiqə oynamışdı. Oyun isə 0:0 hesabı ilə başa çatmışdı.

0
0