Bahodir Nasimov “Neftçi”dən ayrılacaq
06.02.2012 - 17:21
Bahodir Nasimov “Neftçi”dən ayrılacaq
“Neftçi” hücumçusu Bahodir Nasimov növbəti dəfə Özbəkistan millisinə dəvət alıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin komandası 2014-cü ildə keçiriləcək Dünya çempionatının seçmə qrup mərhələsində mübarizə aparacaq.

Belə ki, Özbəkistan yığması fevralın 25-də Cənubi Koreya millisi ilə yoxlama oyunu keçirəcək. Bundan 4 gün sonra isə Bahodir Nasimovun şərəfini qoruduğu komanda Yaponiya millisi ilə qarşılaşacaq.