Ata, baba olursan, karyeranı bitir!
06.02.2012 - 18:06
Azərbaycan futzal yığması dünya çempionatının pley-off mərhələsinin ilk oyununa ciddi itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, millimizin əsas qapıçısı Andrey Tveryankin martın 27-də Bakıda baş tutacaq matçda iştirak edə bilməyəcək. Bu da milliləşdirilən rusiyalının cəzalı olmağı ilə bağlıdır ki, nəticədə ev oyununda Andreysiz yaxşı nəticə qazanmaq heç də asan olmayacaq.
Tveryankin Avropa çempionatının (AÇ) final qrup mərhələsində Serbiya yığması ilə qrup oyununda 2-ci sarı, ardından qırmızı vərəqə aldığı üçün meydandan qovulmuşdu. Bu cəza digər yarışa - dünya çempionatının ilk pley-off matçına da şamil ediləcək. O, 2 sarı vərəqə aldığından, yalnız 1 oyun buraxacaq və deməli, səfər görüşündə yığmamıza kömək edə biləcək.
Qapıçıya UEFA tərəfindən hansısa cərimə nəzərdə tutulmayıb. Çünki o, sərt, aqressiv hərəkət etməyib.
Bununla belə, Tveryankin həm özü, həm də komandamız üçün uğursuz alınan, qrupdan çıxa bilmədiyimiz turnirdə xoş xəbər də aldı. Belə ki, Moskvada yaşayan qızı telefonla ona xoş müjdə çatdırıb. Bu da qızının tezliklə ana, Andreyin isə baba olacağı ilə bağlıdır.
45 yaşlı qapıçı Zaqrebdə aldığı bu xəbərlə AÇ-dəki uğursuzluğu müqabilində təsəlli tapdı. Özü də qız atasına karyerasını bitirərək, evdə oturmağı məsləhət görüb. Təbii ki, Andreyin yaşı futbolçu üçün çoxdur və onun həmyaşıdları çoxdan karyeralarını bitirərək, əsasən məşqçi işləyirlər. O isə hələ oynamağa gücü olduğundan, çıxışını bitirmək haqda düşünmür.
Ancaq digər tərəfdən, artıq 45 yaşda az adamın nəvəsi olur və bu mənada Tveryankini gənc baba kimi təbrik etmək olar.
Qeyd edək ki, Andrey hazırda Xorvatiyada davam edən AÇ-nin final mərhələsinin tarixinə ən yaşlı oyunçu kimi düşdü. O, bu ayın əvvəlində uzun illərdir oynadığı “Araz”dan Moskvanın KPRF klubuna keçməklə, evinə daha yaxın olacaq.
Mehman SÜLEYMANOV

0
0