Kamerun millisini Azərbaycana buraxmadılar
06.02.2012 - 19:02
Kamerun millisini Azərbaycana buraxmadılar
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının seçmə oyunları davam edir. Apasport.az saytının məlumatına görə, Afrika zonası üzrə II seçmə mərhələnin oyunlarına yekun vurulub. Baş tutan cavab oyunlarından sonra final mərhələsinə 3 vəsiqəyə 6 namizəd qalıb.

İkinci seçmə mərhələ
Cavab oyunları


Zambiya – Botsvana – 2:0 (İlk oyun – 5:1)
Nigeriya – Keniya – 3:0 (2:0)
Syerra-Leone – Qambiya – 3:1 (0:3)
Qvineya – Tunis -:+
CAR - Namibiya – 5:0 (1:1)
Qana – Kamerun – 4:0 (1:0)

Bununla, III – sonuncu seçmə mərhələnin cütləri müəyyənləşib. Martın 9-11 və 23-25-də baş tutacaq həmin oyunlardan sonra ölkəmizə gələcək 3 Afrika yığmasının adına aydınlıq gələcək.

Zambiya – Nigeriya
Qambiya – Tunis
CAR - Qana