Bəhmən Həsənov Vladislav Qədirova “ilişdi”
07.02.2012 - 00:08
“Sentyabrda istefa versəm də, klubdan ayrılmamışdım. Aşağı yaşlı komandalara rəhbərlik edirdim”. Bu sözləri apasport.az saytına “Rəvan” klubunun baş məşqçisi Bəhmən Həsənov deyib.
Gözlənilmədən istefaya göndərilən Vladislav Qədirovun ardından “Rəvan”ın baş məşqçisi təyin edilən Bəhmən Həsənov artıq komanda ilə tanış olub və ilk məşqini keçib: “Futbolçular həmin futbolçulardır. Əksinə, qış fasiləsində edilən transferlərlə komanda bir qədər də gücləndirilib”.
Həsənov artıq bəzi problemlərin olduğunu da söyləyib. Onu narahat edən başlıca çatışmazlıq isə fiziki hazırlıqla bağlıdır: “Fiziki hazırlığı istənilən səviyyədə deyil. Bu sahədə çalışmaq lazımdır. Mənim vaxtımda transfer olunan futbolçulardan Anhel Qutierres və Con Pelu komandadan ayrılıb. Qalan futbolçular düşərgəmizdədirlər. Əvəzində Vüsal Qarayev heyətə cəlb edilib. Yeni hücumçumuz olan Nemanya Vidakoviçdə pis təsir bağışlamır. Fikrimcə, normal komandamız var”.
Qədirovun vaxtında Davud Kəriminin komandadan kənarlaşdırılmasından sonra “Rəvan”da qapıçı problemi yaşanır. Düzdür, paytaxt təmsilçisi AZAL-ın ikinci qolkiperi olan Amil Ağacanovla danışıqlar aparırdı. Hətta futbolçu bir müddət “Rəvan”ın hazırlığına da qoşuldu. Amma “təyyarəçilər” müqavilə ilə onlara məxsus olan Ağacanovu sonradan buraxmaq fikrindən daşındılar. Yeni çalışdırıcı hazırda qapıçı probleminin yaşandığını, bu sahədəki boşluğu doldurmaq üçün çalışmaların davam etdirdiyini vurğulayıb: “Qapıçı problemi qalır. Amillə danışıqlar uğursuz alındı. Onu klubu buraxmadı. Cəmi bir qapıçımız var. Digər iki qapıçımız çox gəncdirlər, cəmi 17 yaşları var. Çalışacağıq ki, yerli qapıçılardan birini heyətimizə qataq”.

0
0