Azərbaycan – Hindistan matçının vaxtı və yeri dəqiqləşdi
06.02.2012 - 18:21
Azərbaycan – Hindistan matçının vaxtı və yeri dəqiqləşdi
Azərbaycan milli komandasının Hindistan yığması ilə keçirəcəyi yoldaşlıq oyununun başlanma vaxtı və stadion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “The Sevens” stadionunda keçiriləcək matç saat 17:30-da başlayacaq.

Bununla da millimizin Dubayda hər 3 yoxlama oyunu eyni vaxtda başlayacaq. Belə ki, fevralın 24-də Sinqapur və 29-da Fələstin yığmaları ilə oyunların da həmin saatda start götürməyi nəzərdə tutulub.


Mənbə: affa.az