“Azarkeşlərimiz qarşısında göstərdiyimiz oyunla fəxr etmək istəyirik”
07.02.2012 - 10:12
“Azarkeşlərimiz qarşısında göstərdiyimiz oyunla fəxr etmək istəyirik”
“Bizdən asılı olan hər şeyi edəcəyik ki, ən yaxşı oyunumuzu göstərək”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Rabitə”nin voleybolçusu Mira Qoluboviçə məxsusdur.

Serbiyalı legioner bildirib ki, hazırda əsas məqsədləri Çempionlar Liqasının 1/8 final mərhələsində Polşanın “Atom” komandasına qalib gələrək, mərhələ adlamaqdır. Qoluboviçin sözlərinə görə, ilk oyunda onlar buna nail ola bilməsələr də, fevralın 9-da revanş almaq gücündədirlər: “Ötən həftə Polşada bunu bacarmamışdıq. 1:3 hesabı ilə uduzmuşduq. Lakin biz azarkeşlərimizi sevindirmək və onlar qarşısında göstərdiyimiz oyunla fəxr etmək istəyirik. Düşünürəm ki, “Atom”la cavab oyunumuz Çempionlar Liqasının bu mərhələsində ən maraqlı görüşü olacaq”.