“Barselona” görmədiyi mükafata sahib çıxdı
07.02.2012 - 12:41
“Barselona” görmədiyi mükafata sahib çıxdı
“Barselona” çoxsaylı mükafatlar kolleksiyasına daha birini əlavə edib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinə ötən ilin ən yaxşı komandası kimi “Laureus” mükafatı təqdim olunub. Bununla da Xosep Qvardiolanın çalışdırdığı komandaya siyahısında olmayan mükafata sahib çıxıb.

Maraqlıdır ki, “Barsa”nın nailiyyəti ilə mükafat İspaniyada qalıb. Çünki onu 2011-ci ildə İspaniya yığması qazanıb ki, bu da 2010-da dünya çempionu olmağına görə verilib.

Qeyd edək ki, İspaniya təmsilçisi ötən il beynəlxalq miqyasda Çempionlar Liqası və dünya çempionluğunu qazanıb.