Meneceri Julius Vobayın “Xəzər Lənkəran”a bağlı olduğunu təsdiqlədi
07.02.2012 - 12:58
“Misirdə baş verən faciə məni çox qorxutmuşdu. Julius Vobay üçün narahat idim. Sonda əlaqə saxlayıb, onunla danışa bildim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Syerra-Leone milli komandasının futbolçusu Julius Vobayın meneceri Ana Mariya Prodan deyib.
O bildirib ki, müştərisi olan “Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi düşərgəsində olduğu Misirin “Əl Məsri” klubunun oyununda gördüklərindən şoka düşüb. Prodanın sözlərinə görə, Misir çempionatında keçirilən faciəvi “Əl Məsri” – “Əl Əhli” matçını izləyən syerra-leoneli həmin ölkəni tərk etmək istəyir: “Allaha şükürlər olsun ki, Vobayda hər şey qaydasında idi. Amma çox qorxmuşdu. “Xəzər Lənkəran”la məsələnin həllinə qədər Vobayın Misir çempionatında oynaması üçün FİFA-dan müvəqqəti icazə almağa çox yaxınam. Mən indi buna da tərəddüd edirəm. Çünki stadionda yaşanan qorxunc hadisələrdən sonra Julius Misiri tərk etmək istəyir. O, bundan dəhşətə gəlib. Heç kim təhlükəsizliyin olmadığı yerdə futbol oynamaq istəməz. Bəlkə də Rumıniyaya döndü. Vobay qayıtsa, ən yaxşılardan biri olacaq”.
Qeyd edək ki, meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra azarkeşlərin meydançaya daxil olduğu, yaranan qarşıdurmada 74 nəfər ölüb, 300-ə yaxın insanın yaralandığı qarşılaşmanın ardından azarkeşlər “Əl Əhli”nin futbolçuları və məşqçilərinə hücum çəkmişdilər. Matçdan sonra bir qrup azarkeş stadionu yandırıb. Digər bir qrup azarkeş isə stadiondan çöldə hökumət əleyhinə aksiyaya başlamışdı.

0
0