Parks “Xəzər Lənkəran”ın yeni transferinə nə deyib?
07.02.2012 - 14:05
“Azərbaycanda oynamaq variantı “Xəzər Lənkəran”ın mənə ciddi maraq göstərməsindən sonra yarandı. Bunun üçün özümü çox xoşbəxt hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kosta-Rika milli komandasının futbolçusu Rendall Brenes deyib.
Öz ölkəsinin “Kartagin” klubundan “Xəzər Lənkəran”a keçmək üzrə olan “El-Çiki” ləqəbli hücumçu Azərbaycanda çıxış edən ilk həmyerlisi Uinston Parksdan da məsləhət aldığını açıqlayıb: “İlboyu çəkdiyimi əziyyətin sayəsində qarşımda yeni imkanlar açılıb. Transferimdən əvvəl Uinston Parksla da söhbət etdim. O, bu ölkə haqqında yalnız yaxşı sözlər dedi”.
Qeyd edək ki, Brenes Kosta-Rika yığmasında 16 oyun keçirərək rəqib qapılarına 5 qol vurub.

0
0