“Bu, biz tərəfdən qeyri-peşəkarlıq idi” – MÜSAHİBƏ
07.02.2012 - 14:30
Azərbaycan futzal yığmasının üzvü Vitali Borisovun apasport.az saytına müsahibəsi
- Avropa çempionatının final mərhələsi yadınızda necə qaldı?
- Turnir demək olar yaxşı təşkil olunmuşdu. Ancaq bizim üçün uğursuz keçdi. Çünki qrupdan çıxa, minimum vəzifəni yerinə yetirə bilmədik. Qrupumuzda 2-ci matçda məhsuldarlıq göstərdik: 8 qol vurub, hücumda əla oynadıq. Ancaq bunun müqabilində 9 top buraxdıq ki, bu da müdafiədə bərbad oynamağımız deməkdir. Serbiya ilə vacib matçda müdafiədə belə səhvlər buraxmaqla, müsbət nəticəyə ümid etmək olmazdı. Çünki 8 qol vuran halda, 9-nu buraxmaq olmaz. Bax, əsas səhvimiz bunda idi.
- Qrupdan çıxa bilməməyinizin əsas səbəbini nədə görürsünüz?
- Üzərimizə düşəni edə bilmədik. 8-ci saniyədə qol vurasan, 4-cü dəqiqədə hesabda 2:0 irəlidə olasan, amma 6-cı dəqiqədə hesabın 2:2 olması... Buna imkan vermək olmaz. Yəni qol vurub, dərhal top buraxmamalısan. Ola bilər ki, bu, nizamsızlıq, həyəcanla bağlı idi. Həm də çatışmazlıq təkcə oyunçular tərəfindən yox, kənardan, ehtiyat oyunçular skamyasından ola bilər.
- Sözlərinizdən belə nəticə çıxartmaq olar ki, uğursuz çıxışınızda braziliyalı baş məşqçinizin də səhvlərinin təsiri olub?
- Məğlub olmuşuqsa, deməli, hamımız uduzmuşuq. Ola bilər ki, baş məşqçi bizə hansısa tapşırığı çatdırmağa cəhd edib, ancaq biz eşidə bilməmişik. Çünki oyunlar elə ajiotajda, səs-küydə, azarkeşlərin çılğın dəstəyi altında keçirildi ki, orada çətin bir şey eşidəsən. Əlbəttə, belə atmosferdə oynamaq çətindir. Fikrimcə, biz sadəcə, konsentrasiyanı itirdik. Hesabda çox tez irəli çıxdıq və bütün futbolçular asan qələbəyə inandı. Çünki oyunun əvvəli bizim üçün çox yaxşı məcrada keçirdi. Hesabda 2:0 irəlidə olduğumuz zamanı yenə qol vura bilərdik, ancaq alınmadı. Yersiz qollar buraxdıq. Hesabda 2 top üstünlüyü olduğu halda, əks-hücumda belə qol buraxmaq olmaz. Bu, biz tərəfindən qeyri-peşəkarlıq idi.
- Yığmanın əsas qol ümidlərindən olsanız da, final mərhələsində fərqlənə bilmədiniz. Halbuki, bir neçə 100 faizli qol imkanınız olsa da, bundan istifadə etməkdə çətinlik çəkdiniz. Belə demək olarmı ki, Xorvatiyadakı məsul turnir şəxsən sizin üçün də çox uğursuz alındı?
- Bəli, qol imkanlarım oldu. Özü də hələ ilk oyunda hesab sürüşkən – 1:2 olduğu zaman buna malik idim. Ancaq həm Portuqaliya, həm də Serbiya ilə matçların heç birində qol vura bilmədim. Fərqi yoxdur, mən vurmadım, komandamızdakı digər oyunçular qol vurdular. Əlbəttə, məhsuldarlıq baxımından final mərhələsi mənim üçün uğursuz oldu. Ancaq ümumi oyunuma gəlincə, elə matç olurdu ki, hücumda yox, daha çox müdafiədə çıxış etməli olurdum.
- Komandamız 2 il öncə 4-cü olduğu Avropa çempionatının final mərhələsi ilə müqayisədə geriləyib?
- Biz 2 il öncə bir oyunda 8 qol vurmurduq. Deməli, hücumda, məhsuldarlıq baxımından artırmışıq. Ola bilər ki, müdafiədə geriləmişik. Bunun səbəbinin bilmirəm. Hər şeyin təsiri oldu. Hakimlik haqda danışmaq istəməzdim. Ancaq 2-ci matçımızda səhv idarəçilik oldu. Belə səviyyəli yarışda bu cür hakimləri qoymaq olmaz.
- Millimizin liderlərindən olan Biro Jadenin yoxluğu özünü çoxmu göstərdi?
- Məncə, yox. Yenə deyirəm ki, pis oyun göstərmədik. Xüsusilə, hücumda.
- Digər braziliyalı Serjao da zəif oynadığından yığmamıza kömək edə bilmədi...
- Mən oyunçuların çıxışını qiymətləndirə bilmərəm. Bu, baş məşqçinin səlahiyyətinə aid məsələdir. O, gərək ümumi qiyməti versin ki, kim fərqləndi, kim səhv etdi. Elə oyunçular var ki, çox qol vurmaqla yanaşı, çox da səhv etdilər.
- İndi Zaqrebdəki uğursuzluğu yaddan çıxarıb, dünya çempionatının pley-off oyunları haqda düşünmək lazımdır. Orada isə qrup qalibləri olan güclü rəqiblərdən biri ilə düşəcəyimizdən, işimiz çətin olacaq. Püşkdə və oyunlarda nəyə ümid edirsiniz?
- Serbiya və Çexiya yığmalarından biri düşsə, püşkü bizim üçün uğurlu saya bilərik. Onlar bizimlə eyni gücdə rəqiblərdir. Hesab edirəm ki, qalan yığmalar daha yüksək səviyyəlidirlər. Məncə, əsas odur ki, İspaniya, Portuqaliya, Rusiya kimi yığmalara rəqib olmayaq. Fikrimcə, bu 3 yığma bizdən çox üstündür. İtaliya millisi ilə isə mübarizə aparmaq olar. Baxaq, görək püşk bizim üçün necə nəticələnəcək. Əgər bəxt üzümüzə gülsə, Serbiya və Çexiya yığmalarından biri bizə düşsə, onda dünya çempionatının final mərhələsinin çıxmağa yaxşı şansımızın olduğunu sayıram.
Mehman SÜLEYMANOV
Zaqreb

0
0