Araz Abdullayev “lazımsızlar”ın heyətində meydana çıxdı
07.02.2012 - 14:59
Araz Abdullayev “lazımsızlar”ın heyətində meydana çıxdı
Azərbaycan yığmasının üzvü Araz Abdullayevin çıxış etdiyi Yunanıstanın “Panionios” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Apostolos Mantziosun yetirmələri “Etnikos Asteras”la qarşılaşıb.

Aşağı dəstə təmsilçisini sınağa çəkən “Panionios” 4:3 hesabı ilə qalib gəlib. Bu yoxlama görüşü Superliqanın 1 gün əvvəlki qarşılaşmasında meydana çıxmayan, lazımsız futbolçuların oyun praktikası qazanması məqsədi daşıyıb. Son turlar “Panionios”a gərək olmayan Araz da “lazımsızlar”ın heyətində meydana çıxıb. Onun komandası 1:3 hesabı ilə geridə olsa da, əzmkarlıq nümayiş etdirməklə qalib gəlib.