“Azərbaycan yığmasına 4 qol vurmaq asan deyil”
08.02.2012 - 00:01
“Azərbaycan yığmasına 4 qol vurmaq asan deyil”
Serbiya yığmasının futzalçısı Vidan Bojoviç Azərbaycanla oyunu unuda bilmir. Apasport.az saytının məlumatına görə, hücumçu Xorvatiyada davam edən final mərhələsində millimizə 9:8 hesabı ilə qalib gəldikləri qrup oyunda pokerə imza atıb. Bununla da Vidan 4 qolla turnirin bombardirlər siyahısına başçılıq edir.

Həmin matçda avtoqol da edən hücumçu təəssüratlarını bölüşüb: “Mən indiyə kimi emosiyalarla doluyam. Axı ötən il Avropa çempionatının yarımfinalçısının qapısına 4 qol vurmaq elə də asan deyil. Əlbəttə, Avropa çempionatında 4 qol böyük nailiyyət sayılır. Bu, sanki yuxuda idi! Azərbaycanla oyun yığmamın formasında ən yaxşı oyunum idi”.

Qeyd edək ki, yığmamızla qalib gəlməklə 1/4 finala çıxan serblər Rusiya ilə görüşəcək.