“Rəhbərlik bizdən kömək istədi”
07.02.2012 - 16:14
“Qış fasiləsində başqa variantlarım vardı. Ən realı I dəstədən idi. Ancaq ora getmək istəmədim. Premyer Liqa klubları isə bu gün-sabah deyərək, məsələni uzadırdılar”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”ın futbolçusu Ayxan Abbasov deyib.
Rəhbərlikdən pulunu ala bilmədiyi üçün klubla ötən ilin sonuna yaxın yollarını ayıran müdafiəçi yenidən Tovuza qayıdıb. O, “Turan”dan transfer vərəqəsini aldığından, başqa komandaya keçmək imkanına malik idi. 31 yaşlı futbolçunun AFFA-ya təqdim olunan müqaviləsi cari mövsümün sonuna qədər olduğu üçün anlaşma ilə üzərinə düşən öhdəçiliyi yerinə yetirməkdə davam edir.
Abbasovun sözlərinə görə, prezident Musa Süleymanovun gedişindən sonra yeni rəhbərlik köhnə futbolçuları komandaya qaytarıb: “Bildiyiniz kimi, klubun rəhbərliyi dəyişib. İndi komanda Tovuz Rayon İcra Hakimiyyətinin himayəsindədir. Bizim rayonun gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərovla, baş məşqçimiz Əsgər Abdullayevin isə icra başçısı Tofiq Zeynalovla görüşü olub. Biz Ələsgərovla danışdıq. Söz verdilər ki, məvaciblərimizi vaxtı-vaxtında alacağıq. Komandanı dəstəkləyən rəhbərlik bizdən kömək istədi. Əsas məqsəd Premyer Liqada yerimiz qorumaqdır ki, biz də buna çalışacağıq”.
Futbolçu köhnə rəhbərlikdən fərqi, indiki rəhbərliyə inanır: “Onlar ciddi insanlardır və dediklərini edəcəklərinə inanıram. Bizə əvvəlki rəhbərlik dəqiq bir şey desəydi, oynayardıq. Onsuz da biz “Turan”a pula görə getməmişdik. Vaxtilə yaxşı vaxtında oynadığımız komandaya kömək etmək təklifini qəbul etmişdik. Ancaq əvvəlki rəhbərlik deyirdi ki, pul yoxdur, ancaq başqalarına verirdilər”.
Sağ cinah oyunçusu çətin işin öhdəsindən gəlmələri haqda danışıb: “Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirməyimiz çox çətin olacaq. Çünki vaxt azdır. Biz 2 gündür burdayıq. Düzdür, komanda 10 gündür yığışıb, biz də qış fasiləsində fərdi məşq etmişik. Ancaq bununla komandanın hazırlığı bir deyil. Hər halda, “altılığ”a qədər hələ 4 oyunumuz var və sonda Premyer Liqada yerimizi qoruyacağımıza inanırıq”.
Ayxan növbəti turda “Xəzər Lənkəran”la ev oyununa çıxmaq fikrində olduqlarını bildirib: “Düzdür, hava şəraiti ilə bağlı problem var. Tovuzdakı meydança donub. Ona görə süni örtükdə məşq etməli oluruq. Bildiyiniz kimi, Tovuzdakı stadion cəzalı olduğundan, “Xəzər Lənkəran”ı Şəmkirdəki Olimpiya İdman Kompleksinin stadionunda qəbul edəcəyik. Şəmkirə nümayəndələrimiz getmişdi və dediklərinə görə oradakı meydanda da belə vəziyyətdədir. İnanmıram ki, 3-4 günə don açılsın”.
Mehman SÜLEYMANOV

0
0