Ölkə çempionatının adı dəyişdirilir
07.02.2012 - 16:28
Futbol üzrə Argentina milli çempionatının adı dəyişdirilir. Apasport.az saytının məlumatına görə, bu qərarı Argentina hökuməti verib. Onlar qərara alıb ki, çempionatın güclülər dəstəsi bundan sonra “General Belqranonun kreyseri” adlansın.
Bu addım Böyük Britaniya ilə Folklend adaları uğrunda müharibədə batırılan kreyserin bu aqibəti yaşamasının 30 illiyi ilə əlaqədardır. Həmin müharibədə ölən 649 argentinalının yarıdan çoxu məhz gəminin batırılması üzündən həlak olmuşdu. Primeranın da məhz “General Belqranonun kreyseri” adlandırılmasına qərar verilməsi onların xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.
Qeyd edək ki, çempionat yeni – 2012/13 mövsümündən təzə ada sahib olacaq.

0
0