“Qalatasaray”ın “qara siyahı”sındakı futbolçular açıqlandı
07.02.2012 - 17:53
“Qalatasaray”ın “qara siyahı”sındakı futbolçular açıqlandı
“Qalatasaray” rəhbərliyi heyətlə bağlı növbəti böyük islahatların planını hazırlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fatih Terimin “qara siyahı”sına düşərək, cari mövsümün sonunda yollarını ayıracağı futbolçuların adları indidən məlum olub.

Bunlar arasında ən diqqəti çəkənlər uzun illərdir “Cim Bom”da oynayan təcrübəli futbolçular - Sərvət Çətinlə yarımmüdafiəçi Ayhan Akmandır. Terimin raportu ilə Sərvətə təşəkkür edəcək rəhbərlik onun yerinə alternativ müdafiəçi axtaracaq. Çətindən əvvəl “Qalatasaray”da oynayan, kapitan olan Ayhana yeni müqavilə təklif edilməyəcək. Əsas heyətdə yer almayan qapıçı Aykut Ərçətinin yerinə isə yeni transfer edilməyəcək və “Cim Bom” ikinci komandasının qapıçısı Eray İşçanla yoluna davam edəcək.

İstanbullular Terimin baş məşqçi postuna qayıdışından sonra heyətdən çıxardığı Sərdar Kurtuluşu qış transfer dövründə satmaq istədə də, buna nail olmadı. Gənc futbolçu mövsümün sonunda dəqiq göndəriləcək. Mehmet Batdalın satmaq əvəzinə icarəyə verilməyi gözlənilir.

Aydan Yılmazın isə satılmağı təklifi dəyərləndiriləcək. Legionerlərə gəlincə, Terim ispan yarımmüdafiəçi Albert Rieranın gedişi ilə bağlı rəhbərliyə müsbət cavab veribsə, çexiyalı hücumçu Milan Baroşla bağlı qərarını mövsümün sonunda bildirəcək.