“Burda futbolçular ot kimi bitir”
07.02.2012 - 18:15
“Burda futbolçular ot kimi bitir”
Azərbaycan futzal yığmasının üzvü Tyaqu Paz Braziliya mətbuatının gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, buna səbəb milliləşən legionerimizin braziliyalı gözəl Monika Aminlə münasibətləridir.

23 yaşlı sarışın xanım Tyaqunu necə tora salmasını açıqlayıb. O bildirib ki, həm Tyaqu, həm də digər futbolçular onun üçün sevimli “ov” rolunu oynayırlar: “Mən Rio-de-Janeyronun mərkəzində yaşayıram. Burada isə futbolçular ot kimi bitir. Əgər mən ordayamsa, deməli, ətrafımda oyunçu var. Əslində, bunun nə sirr olduğunu özüm də bilmirəm. Yəqin ki, məndə futbolçuları çəkən maqnit var. Ona görə də hamısı mənim toruma düşür”.

Tyaqunun keçmiş sevgilisi hətta “Santos”da çıxış edən məşhur futbolçu Neymarın da ağlını başından çıxardığını bildirib: “Bir dəfə təyyarədə uçurdum. Təsadüfən “Santos” klubu da həmin təyyarə ilə hansısa oyuna yollanırdı. Onları maqnit kimi elə cəzb etmişdim ki, bütün uçuş boyu gözlərini məndən çəkə bilmədilər”.