Avropa çempionatında ilk sensasiya
08.02.2012 - 09:34
Futzal üzrə Avropa çempionatının (AÇ) final mərhələsində ilk sensasiya baş verib. Apasport.az saytının məlumatına görə, ötən qitə birinciliyinin gümüş medalçısı olan Portuqaliya yığması mübarizəni ¼ finalda dayandırıb. Milli komandamıza 4:1 hesabı ilə qalib gələrək, qrup qalibi olan portuqaliyalılar İtaliya yığmasına uduzub – 1:3.
Qrupumuzda bizi qabaqlayaraq, 2-ci yerlə çıxan Serbiya millisi də sensasiya etməyə yaxın olub. Belə ki, Rusiya yığması ilə ¼ final oyununda hesabı məhz serblər açıb. Ancaq sonradan 2 qol vuran şimal qonşularımız əzmkar qələbəyə sevinib – 2:1.
Beləliklə, sabah keçiriləcək yarımfinalda İtaliya – İspaniya və Xorvatiya – Rusiya oyunları keçiriləcək. Bu yığmalardan yalnız ispanlar ötən AÇ-də də yarımfinalçı olub və sonda turniri qazanıb.

0
0