Dmitri Kruqlovun komandası Avropada unikal tarix yazacaq
08.02.2012 - 10:10
Estoniya yığması Avropa unikal milli komanda olacaq. Apasport.az saytının məlumatına görə, milli çempionatımızda “Neftçi”də və “İnter”də oynamış sol cinah oyunçusu Dmitri Kruqlovun şərəfini qoruduğu yığma iyunun 5-də Fransa ilə keçirəcəyi yoldaşlıq görüşü ilə tarix yazacaq. Belə ki, estonlar UEFA-nın üzvü olan bütün milli assosiasiyaların üzvləri ilə oynayan ilk yığma olacaq. Matç Fransanın Le-Man şəhərində keçirilməyi hər 2 ölkənin ali futbol qurumu tərəfindən razılaşdırılıb. Bu, fransızların Avropa çempionatının final mərhələsi öncəsi axırıncı sınağı olacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası Estoniya yığması ilə bir neçə dəfə görüşüb və bunlar yalnız yoldaşlıq oyunları olub.
Qeyd edək ki, Azərbaycan milli komandası Estoniya yığması ilə bir neçə dəfə görüşüb və bunlar yalnız yoldaşlıq oyunları olub.
0
0